Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin ərazilərimizə atdığı aviabomba və raketlər aşkarlandı 

Son iki gün ərzində Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Ağdaş, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, TərtərHacıqabul rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin həyətyanı sahələrə, yol kənarına, otlaq və əkin sahəsinə düşməsi barədə Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng mərkəzi sistemindən 32, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən üç və Dövlət Sərhəd Xidmətindən bir müraciət daxil olub.

Bununla bağlı agentlik məlumat yayıb.

Daxil olmuş 36 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun 1-ci Dördyol, Quzanlı qəsəbələri və Çəmənli kəndi, Ağcabədi rayonunun Qaradolaq, Ağgöl, Avşar, Hacılar kəndləri, Tərtər rayonun Qaynaq, Sarıcalı, Çəmənli kəndləri və Şıxarx qəsəbəsi, Füzuli rayonun Şükürbəyli və Horadiz kəndləri, Goranboy rayonunun Qaramusalı, Həmənli, Qaraçinar, Boluslu, Meşəli, Qırıqlı kəndləri, Biləsuvar rayonun Nəriman kəndi, Naftalan rayonunun Qaşaltı kəndi və Hacıqabul rayonu ərazisində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 34 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.

Aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri bir ədəd aviabomba (OFAB-100), altı ədəd raket, bir ədəd raketinin arxa hissəsi (dolu) və iki ədəd döyüş başlığı, iki ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, bir ədəd dron (partladıcısı yerində zərərsizləşdirilib), iki ədəd raketin mikrosxeması və dörd ədəd partlamış raket hissələri aşkarlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar